logo
Agentlikdən açıqlama: Müharibə əlilləri üçün kompleks xidmətlər genişləndirilir

Agentlikdən açıqlama: Müharibə əlilləri üçün kompleks xidmətlər genişləndirilir

Agentlikdən açıqlama: Müharibə əlilləri üçün kompleks xidmətlər genişləndirilir Agentlikdən açıqlama: Müharibə əlilləri üçün kompleks xidmətlər genişləndirilir

Naftalan Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərə, eləcə də Vətən müharibəsi iştirakçılarına kompleks tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərən regional ixtisaslaşmış müəssisə kimi fəaliyyətini davam etdirir.

"innews media" xəbər verir ki, bu barədə Agentliyin əməkdaşı Aygün Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, 2025-ci il ərzində mərkəz tərəfindən 5 400-dən çox şəxsə reabilitasiya xidməti göstərilib. Postmüharibə dövründə isə müharibə ilə əlaqədar əlilliyi olan 400-ə yaxın şəxs burada reabilitasiya proqramlarına cəlb olunub.

Müəssisə 2 və 3 nəfərlik palatalar olmaqla ümumilikdə 25 çarpayı fondu ilə fəaliyyət göstərir. Mərkəz müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilib və burada müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi masaj, hovuz, psixoterapiya, loqoped və əmək terapiyası xidmətləri təqdim olunur. Fizioterapiya istiqamətində elektrostimulyasiya, induktotermiya, fonofarez, elektrofarez, ultrasəs və lazer terapiyası, müalicəvi vannalar, parafin tətbiqləri kimi prosedurlar həyata keçirilir.

Aygün Abdullayeva bildirib ki, mərkəzdə müasir metodika və texnologiyalardan istifadə olunur, qabaqcıl beynəlxalq təcrübələr öyrənilərək reabilitasiya proqramlarına tətbiq edilir.

Qeyd olunub ki, Naftalan Reabilitasiya Mərkəzi ilə yanaşı, ölkənin digər regionlarında – Xaçmaz, Lənkəran, Şirvan, Yevlax, Şəki, Qəbələ və Şəmkir şəhərlərində də eyni tipli reabilitasiya müəssisələri fəaliyyət göstərir.

Cari il üçün əsas hədəflər sırasında reabilitasiya xidmətlərinin əlçatanlığının artırılması, beynəlxalq təcrübənin mütəmadi araşdırılması və ən yaxşı təcrübələrin tətbiqi yer alır. Bununla yanaşı, infrastrukturun təkmilləşdirilməsi və əməkdaşların bilik və bacarıqlarının artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin