logo
Naxçıvanda dəmir yolu infrastrukturu yenilənir - regional nəqliyyat bağlantısı genişlənir - VİDEO

Naxçıvanda dəmir yolu infrastrukturu yenilənir - regional nəqliyyat bağlantısı genişlənir - VİDEO

Naxçıvanda dəmir yolu infrastrukturu yenilənir - regional nəqliyyat bağlantısı genişlənir - VİDEO Naxçıvanda dəmir yolu infrastrukturu yenilənir - regional nəqliyyat bağlantısı genişlənir - VİDEO

Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində işlər davam etdirilir.

Ötən ilin sonlarından etibarən start verilən layihələndirmə və tikinti işlərinin birinci mərhələsi Salamməlik, Ordubad, Aza və Culfa sahələrini əhatə edir. Hazırda qeyd olunan istiqamətlərdə müasir standartlara uyğun yenidənqurma və infrastrukturun təkmilləşdirilməsi tədbirləri həyata keçirilir.

Layihəyə əsasən, yenilənən dəmir yolu şəbəkəsi Ordubad rayonunun Ermənistanla sərhəd ərazisində TRIPP marşrutuna qoşularaq Zəngəzur dəhlizi ilə formalaşan yeni regional nəqliyyat bağlantısının mühüm hissəsinə çevriləcək.

Gözlənilir ki, layihənin reallaşdırılması regionda yük və sərnişin daşımalarının səmərəliliyini artıracaq, Naxçıvanın beynəlxalq nəqliyyat sisteminə inteqrasiyasını gücləndirəcək və iqtisadi əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin