logo
ADPU-da Beynəlxalq Kitab Bağışlama Günü şagirdlərlə qeyd edilib

ADPU-da Beynəlxalq Kitab Bağışlama Günü şagirdlərlə qeyd edilib

ADPU-da Beynəlxalq Kitab Bağışlama Günü şagirdlərlə qeyd edilib ADPU-da Beynəlxalq Kitab Bağışlama Günü şagirdlərlə qeyd edilib

Fevralın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib. Tədbirdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, universitetin Kitabxana-İnformasiya mərkəzinin müdiri Zinharə Həsənova, Mərkəzin əməkdaşları, Hədəf liseyinin Qurtuluş filialının direktoru Məmməd Məmmədli, liseyin əməkdaşları və şagirdləri iştirak ediblər.

Tədbirdən əvvəl Kitabxana-İnformasiya Mərkəzinin direktoru Zinharə Həsənova şagirdləri mərkəzin fəaliyyəti ilə yaxından tanış edib. O, iştirakçılara kitabxana-informasiya mərkəzinin strukturu, kitab fondu, elektron resursları və xüsusilə nadir kitablar bölməsi barədə ətraflı məlumat verib.

Tədbirin rəsmi hissəsində çıxış edən Zinharə Həsənova görüşün mahiyyəti barədə danışıb və bu cür təşəbbüslərin şagirdlərdə mütaliə vərdişlərinin formalaşmasına, intellektual inkişafın stimullaşdırılmasına və milli-mənəvi dəyərlərə bağlılığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Gününün mahiyyəti və tarixi barədə ətraflı söz açaraq qeyd edib ki, bu gün dünyanın bir çox ölkələrində kitabın təbliği, mütaliə mədəniyyətinin inkişafı və biliklərin paylaşılması ideyasını təşviq edən əhəmiyyətli tarix kimi qeyd olunur. Kitab bağışlamaq yalnız maddi hədiyyə deyil, eyni zamanda mənəvi sərmayə və gələcəyə yönəlmiş intellektual töhfədir. Prorektor vurğulayıb ki, ADPU-da sözügedən görüş artıq ənənəvi xarakter almışdır və hər il təşkil olunan bu cür görüşlər gənclərin kitabxana mühiti ilə yaxından tanış olmasına, elm adamları ilə ünsiyyət qurmasına imkan yaradır. Bu il isə ilk dəfə olaraq Bakı şəhərindən kənarda yerləşən təhsil müəssisəsindən şagirdlərin bu tədbirə cəlb olunması mühüm əhəmiyyət kəsb edir. Asəf Zamanov bildirib ki, uğurlu gələcəyin təməlində davamlı özünüinkişaf dayanır və bu prosesin əsas vasitələrindən biri mütaliədir. Prorektor şagirdlərə vaxtdan səmərəli istifadə etməyi, klassik və müasir ədəbiyyatı paralel şəkildə oxumağı, elmi-populyar nəşrlərə maraq göstərməyi və əldə etdikləri bilikləri praktik fəaliyyətlə əlaqələndirməyi tövsiyə edib, şagirdləri kitabxanaların imkanlarından aktiv şəkildə yararlanmağa, araşdırma aparmağa və daim öyrənməyə çağırıb.

Hədəf liseyi Qurtuluş filialının icraçı direktoru Məmməd Məmmədli tədbirin təşkilinə görə ADPU rəhbərliyə və təşkilatçılara təşəkkürünü bildirib. O qeyd edib ki, şagirdlərin belə elmi və mədəni mühitdə iştirak etməsi onların dünyagörüşünün genişlənməsinə və mütaliəyə marağının artmasına mühüm töhfə verir. Məmməd Məmmədli bu kimi təşəbbüslərin davamlı olmasının vacibliyini qeyd edib. 

Sonda Pedaqoji Universitet adından Hədəf liseyinə və şagirdlərə kitablar hədiyyə edilib. Məmməd Məmmədli ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin kitab fonduna kitablar təqdim edib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin