https://innews.media/uploads/news/2026-02/_innews_23fedf897975080bf821e48e4_o.jpg
Görüşdə dövlət satınalmalarına dair mövcud hüquqi bazanın təkmilləşdirilməsi və elektronlaşma istiqamətində həyata keçirilməsi nəzərdə tutulan əlavə tədbirlər barədə müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmiz üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Agentliyin rəhbər heyəti ilə yanaşı, BVF-nin müxtəlif departamentlərinin əməkdaşları iştirak ediblər.
Görüş çərçivəsində 1 yanvar 2024-cü il tarixindən qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu və sahəvi normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Elektronlaşmanın dövlət satınalan təşkilatları və təchizatçılar üçün yaratdığı imkanlardan bəhs edilib, bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan əlavə tədbirlər barədə məlumat verilib.
Görüşdə həmçinin Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq təbii inhisar subyektlərinin fəaliyyətinin effektiv tənzimlənmə üsullarına dair fikir mübadiləsi aparılıb.