https://innews.media/uploads/news/2026-02/_innews_2a1ee307094ffc09b4e5e30a1_o.jpg
Fevralın 2-də Gülüstan Sarayında XI Azərbaycan Gənclər Forumu öz işinə başlayıb. Forumun rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə ünvanlanmış müraciəti səsləndirilib. Müraciət Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tərəfindən oxunub.
Azərbaycan Gənclərinin XI Forumu fevralın 3-də Xankəndi şəhərində AUC2026 çərçivəsində təşkil olunan panel sessiyalarla işini davam etdirib. Forumun ikinci gününün açılışında Xankəndi şəhərində, eləcə də Ağdərə və Xocalı rayonlarında keçirilən tədbirlər zamanı Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və BMT-nin Məskunlaşma Proqramının Azərbaycan üzrə ölkə rəhbəri Anna Soave açılış nitqi ilə çıxış ediblər.
Daha sonra Forum "Gələcəyin şəhərlərinin qurulması: milli inkişafda gənclərin məsuliyyəti" və "Şəhərlər imkanlar sistemi kimi: gənclər üçün təhsil, bacarıqlar və məşğulluq" mövzularında panel sessiyalarla işini davam etdirib.
Forumda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Elmira Babayeva və ADPU-nun YENİ Klubunun rəhbəri Məleykə İsmayılova da iştirak ediblər.