https://innews.media/uploads/news/2026-02/_innews_d7b6a097c1bc609ccbdb4eda1_o.jpg
Yanvarın 30-da Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Tələbə Gənclər Təşkilatlarının Mükafatlandırma Mərasimi 2026” keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) sədri Elmira Babayeva 2025-ci il ərzində ölkə üzrə ictimai və sosial əhəmiyyətli fəaliyyətlərin, o cümlədən könüllülük təşəbbüslərinin təşkili və həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə “İlin TGT sədri” nominasiyası üzrə təltif olunub.
Eyni zamanda, ADPU TGT-nin tələbələrlə iş üzrə sədr müavini Lalə Quliyeva 2025-ci il ərzində proqram əsaslı fəaliyyətlərə verdiyi xüsusi töhfəyə görə “İlin TGT nümayəndəsi” nominasiyasına layiq görülüb.
Bununla yanaşı, ADPU-nun TGT-nin 9 fəal üzvü “İlin TGT fəalı”, 6 üzvü isə “İlin tələbəsi” nominasiyaları üzrə mükafatlandırılıb.