https://innews.media/uploads/news/2026-01/_innews_dce43373024357163f1aa173a_o.jpg
Yunus Emre İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Dostluq Süfrəsi: Anadolu Səhər Yeməyi Görüşü” iki qardaş ölkənin ortaq mədəni dəyərlərini eyni süfrə arxasında bir araya gətirib.
Anadolunun zəngin səhər yeməyi ənənəsini əks etdirən proqramda paylaşma, qonaqpərvərlik və söhbət mədəniyyətinin Türkiyə ilə Azərbaycan arasında ortaq yaddaşda tutduğu yer xüsusi vurğulanıb. Tədbir çərçivəsində Anadolu səhər yeməyinin tarixi və mədəni arxa planı aşpaz təqdimatı ilə iştirakçılara təqdim olunub.
Tədbirdə Türkiyə Respublikasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri professor doktor Birol Akgün, eləcə də Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəsi, səfir Ufuk Turqaner iştirak ediblər. Professor doktor Birol Akgün çıxışında Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının mədəni ölçüsünə diqqət çəkib.
Yunus Emre İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına yönəlmiş fəaliyyətlərini davam etdirir.