logo
“Milli ruhun dirçəlişi: 20 Yanvar” adlı anım tədbiri keçirilib

“Milli ruhun dirçəlişi: 20 Yanvar” adlı anım tədbiri keçirilib

“Milli ruhun dirçəlişi: 20 Yanvar” adlı anım tədbiri keçirilib “Milli ruhun dirçəlişi: 20 Yanvar” adlı anım tədbiri keçirilib

Bu gün “Milli ruhun dirçəlişi: 20 Yanvar” adlı tədbir baş tutdu. Tədbir Əbədi Birlik Gənclər İctimai Birliyi tərəfindən təşkil olunmuşdu və milli yaddaşımızın yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyırdı.

Tədbirdə 20 Yanvar faciəsi ilə bağlı tarixi faktlar dəqiq, ardıcıl və anlaşılan şəkildə təqdim olundu. Həmin günün canlı şahidləri öz xatirələrini bölüşərək gənclərə yaşadıqlarını birbaşa çatdırdılar. Bu çıxışlar faciənin yalnız tarix kitablarında deyil, xalqın yaddaşında necə dərin iz buraxdığını bir daha göstərdi.

Şəhidlərin əziz xatirəsi dərin hörmət və ehtiramla yad edildi. Oxunan şeirlər, aparılan müzakirələr və səsləndirilən fikirlər tədbirin mənəvi yükünü daha da artırdı.

Bu cür tədbirlər gənclərin tarixə daha məsuliyyətli yanaşmasına, milli kimlik və vətənpərvərlik ruhunun güclənməsinə mühüm töhfə verir. 20 Yanvar – unudulmayan, unutdurulmayan bir tarixdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin