https://innews.media/uploads/news/2026-01/_innews_f6c47f12099c8936528253603_o.jpg
Clarivate şirkətinin InCites analitik platforması vasitəsilə əldə edilmiş və 2023–2025-ci illəri əhatə edən ölkə üzrə hesabatında Web of Science indeksli jurnallarda Qərbi Kaspi Universiteti elmi-tədqiqat fəaliyyəti ilə aparıcı ali təhsil müəssisələri sırasında ilk yeri tutur.
Hesabatda əsas elmi töhfə verən qurumlar sırasında son illərdə Qərbi Kaspi Universiteti ölkənin elmi ekosistemində möhkəmlənən mövqeyini və beynəlxalq elmi bazalarda artan görünürlüyünü təsdiqləyir. Bu göstəricilər universitetin yaxın illərdə regional və beynəlxalq elmi reytinqlərdə daha da irəliləməsi üçün möhkəm əsas formalaşdırır.
Mövzu spektrinə nəzər saldıqda, Qərbi Kaspi Universitetinin tədqiqatlarında əsasən mühəndislik, energetika, ətraf mühit, materialşünaslıq və tətbiqi elmlər kimi prioritet sahələri əhatə etdiyi müşahidə olunur.
Universitetin beynəlxalq əməkdaşlıq çərçivəsində ərsəyə gələn elmi nəşrləri əsasən Türkiyə, Cənubi Koreya, Özbəkistan, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin aparıcı elmi-tədqiqat və ali təhsil müəssisələri ilə birgə həyata keçirilib.