https://innews.media/uploads/news/2026-01/_innews_8d235bdc9e27d8e357a53bd14_o.jpg
Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı ilə Nəriman Nərimanovun xatirə muzeyində “20 Yanvar – gənclərin gözü ilə” adlı bədii tədbir keçirilib. Tədbirdə universitetin fəal tələbələri, muzey rəhbərliyi və muzeyin elmi rəhbəri iştirak ediblər. Görüş gənclərin tarixi yaddaşının formalaşdırılması və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə təşkil edilib.
ADPU-nun Ümumi tarix və tarixin tədris texnologiyası kafedrasının dosenti Taleh Cəfərov tələbələrə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib, mövzu ilə bağlı sualları cavablandırıb.
Tədbir çərçivəsində tələbələr 20 Yanvar mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlar Azərbaycan, rus və ingilis dillərində olmaqla mövzuya müxtəlif baxış bucaqlarını əks etdirib.
Daha sonra iştirakçılar muzeydə sərgilənən eksponatlarla tanış olublar.