logo
Bakı bloqerləri Qazaxıstan - Azərbaycan münasibətlərini inkişaf etdirirlər

Bakı bloqerləri Qazaxıstan - Azərbaycan münasibətlərini inkişaf etdirirlər

Bakı bloqerləri Qazaxıstan - Azərbaycan münasibətlərini inkişaf etdirirlər Bakı bloqerləri Qazaxıstan - Azərbaycan münasibətlərini inkişaf etdirirlər

Qazaxıstan Respublikasının Bakıdakı Səfirliyində Azərbaycanın aparıcı bloqerləri və influenserləri ilə Yeni il ərəfəsində görüş keçirilib. Tədbirdə turizm, marketinq, model biznesi, əyləncə, sosial məsələlər və siyasi icmal sahələrində fəaliyyət göstərən, ümumi auditoriyası 2,6 milyondan çox abunəçini əhatə edən 22 məşhur influenser iştirak edib.

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel başa çatmaqda olan ilin yekunları haqqında söz açaraq, münasibətlərin təkcə dövlətlərarası səviyyədə deyil, həm də xalqlar arasında möhkəmlənməsinin müsbət dinamikasını məmnunluqla qeyd edib. Bu kontekstdə o, Qazaxıstanın dostlarına apardıqları xalq diplomatiyasına görə təşəkkürünü bildirib. A. Bayel məlumat verib ki, Qazaxıstan ilə Azərbaycan arasında turizm axınının intensivləşdirilməsi məqsədilə 2024 və 2025-ci illərdə Səfirlik tərəfindən “Air Astana” aviaşirkəti və ölkənin müxtəlif vilayətləri ilə birgə Qazaxıstana 12 bloq-tur təşkil olunub. Həmçinin, Səfirlik tərəfindən 2024 və 2025-ci illərdə 2 turizm forumu keçirilib. Ümumilikdə, ölkələrimiz arasında turistlərin sayı sabit şəkildə artmaqdadır.

2024-cü ildə Viktoriya Razminoviç, Rüstəm Nəbidzadə və Abdulla Quliyev Almatı, Konaev və Şımkent şəhərlərində, eləcə də Almatı və Türküstan vilayətlərində bir sıra turistik məkanları ziyarət ediblər. Seymur Əliyev Astana, Burabay və Almatını ziyarət etməklə, Qazaxıstanın turizm potensialını, mədəniyyətini və milli ənənələrini işıqlandırıb.

2025-ci ildə Səfirlik tərəfindən Astana, Almatı və Türküstan şəhərlərinə bloq-turlar təşkil olunub. Azərbaycanlı bloqerlər qış turizminin təşviqi məqsədilə “Şımbulak” dağ-xizək kurortunun fəaliyyətini işıqlandırıblar. İradə Qədirova Türküstan vilayətinin tarixi-mədəni abidələrini təqdim edib və gələcəkdə Altayın təbii gözəllikləri ilə məşhur olan Şərqi Qazaxıstan vilayətinə səfər etmək istədiyini qeyd edib.

Ümumilikdə, bloqerlər Qazaxıstana səfərlərdən çox təsirləndiklərini bildirib və xalqın mehribanlığını və qonaqpərvərliyini, təbiətin gözəlliyini, zəngin mədəni, dini və tarixi irsi, ənənələri, ləzzətli mətbəxi, eləcə də milli parklarda inkişaf etmiş turizm infrastrukturunu xüsusilə vurğulayıblar.

Qazaxıstanın və Azərbaycanın qarşılıqlı şəkildə daha geniş tanıdılması mövzusunda keçirilən beyin həmləsi zamanı filmlərin və verilişlərin çəkilişi, bloqer qruplarının mübadiləsi, Qazaxıstan-Azərbaycan moda nümayişinin təşkili, eləcə də Qazaxıstana, xüsusilə Altay və Manqıstau vilayətlərinə növbəti səfərlərin təşkili ilə bağlı bir sıra təşəbbüslər irəli sürülüb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin