https://innews.media/uploads/news/2025-12/_innews_ca2b430ec40581eeb124c6d43_o.jpg
SOCAR-ın Müşahidə Şurasının növbəti iclası keçirilib.
Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda SOCAR-ın 2025-ci ilin doqquz ayının maliyyə və əməliyyat nəticələri, 2026-ci il üzrə büdcəsi və borc öhdəliklərinin idarə edilməsinə dair məsələlər, həmçinin 2025-ci ildə dövlət büdcəsinə ödəniləcək dividend müzakirə olunub.
Müzakirələrin nəticəsində dividend ödənişi məqbul hesab edilib və müəyyən edilmiş hədəflər istiqamətində şirkətin 2026-ci il üzrə büdcəsinin yekunlaşdırılması tapşırığı verilib.