logo
ADAU-da HackCotton startap müsabiqəsinə start verilib

ADAU-da HackCotton startap müsabiqəsinə start verilib

ADAU-da HackCotton startap müsabiqəsinə start verilib ADAU-da HackCotton startap müsabiqəsinə start verilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) İnnovasiyalar Mərkəzinin təşkilatçılığı və “Prime Cotton” MMC-nin maliyyə dəstəyi ilə "HackCotton" startap müsabiqəsi başlayıb.

Tədbirin açılışında çıxış edən Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov iştirakçılara uğurlar arzulayıb.

Daha sonra Universitetin Elmi işlər üzrə prorektoru Azad İbrahimov, “Prime Cotton” şirkətinin R&D rəhbəri Fərid Firuddinov, KOBİA Gəncə-Daşkəsən üzrə regional koordinatoru Anar Əliyev və İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev nitq səsləndiriblər.

Qeyd edək ki, 24 saat ərzində baş tutacaq hakatonda 9 ali təhsil müəssisənin 15 startap komandaları iştirak edir.

Finalda qalib gələn komandalar 3000 azn mükafat əldə edəcəklər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin