logo
ADPU-nun Şəki filialında STEAM sərgisi keçirilib

ADPU-nun Şəki filialında STEAM sərgisi keçirilib

ADPU-nun Şəki filialında STEAM sərgisi keçirilib ADPU-nun Şəki filialında STEAM sərgisi keçirilib

Dekabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrası, İnformasiya kommunikasiya texnologiyaları  (İKT) şöbəsi və Riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbələrinin təşkilatçılığı ilə STEAM sərgisi  təşkil olunub. Sərginin əsas məqsədi  STEAM yanaşmasının təhsil və real həyatdakı tətbiqlərini təqdim etmək olub.

Sərgi çərçivəsində tələbələr tərəfindən hazırlanmış proqramlaşdırma layihələri, mühəndislik modelləri, interaktiv təcrübələr və rəqəmsal incəsənət işləri  təqdim olunub. Layihələr elmi əsaslandırma, texnoloji yenilik və yaradıcı yanaşma baxımından böyük maraq doğurub.

Tədbir zamanı iştirakçılar öz layihələrini təqdim etməklə yanaşı, komanda işi, təqdimat bacarıqları və texnoloji savadlılıq sahəsində də mühüm təcrübə qazanıblar. Ziyarətçilər isə STEAM sahələrinin bir-biri ilə inteqrasiyasını, eyni zamanda 3D printerinin işləmə prosesini əyani şəkildə müşahidə etmək imkanı əldə ediblər. Sərgi elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini bir araya gətirən innovativ layihələrin nümayişi ilə yadda qalıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin