logo
Naxçıvan Təlim Mərkəzi dövlət orqanları əməkdaşlarına sertifikatlar təqdim edib

Naxçıvan Təlim Mərkəzi dövlət orqanları əməkdaşlarına sertifikatlar təqdim edib

Naxçıvan Təlim Mərkəzi dövlət orqanları əməkdaşlarına sertifikatlar təqdim edib Naxçıvan Təlim Mərkəzi dövlət orqanları əməkdaşlarına sertifikatlar təqdim edib

Dekabrın 10-da Naxçıvan Dövlət Texniki Kollecinin akt zalında Naxçıvan Təlim Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlərin sertifikat təqdimetmə mərasimi baş tutub. Tədbirdə “Dövlət qurumları üçün SMM”, “Dövlət Satınalmaları və Tətbiqi”, “İnsan Resurslarının İdarə Olunması”, “Rəhbərlər üçün İnkişaf Proqramı” və “Ofis Proqramları” üzrə təlimləri uğurla tamamlayan iştirakçılar mükafatlandırılıb.

Naxçıvan Təlim Mərkəzinin fəaliyyətindən bəhs edən videoçarxın nümayişindən sonra   "Naxçıvan Təlim Mərkəzi" publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Nəzərov çıxış edərək bildirib ki, təlim mərkəzinin ilin əvvəlindən etibarən təşkil etdiyi təlimlərə dövlət orqanlarının 2000-dən artıq əməkdaşı, o cümlədən gənci qatılıb.  Təlimlərin keçirilməsində NMR Nazirlər Kabinetinin və digər dövlət qurumlarının dəstəyini qeyd edən B.Nəzərov Muxtar Respublika rəhbərliyinin NTM-in fəaliyyətinin daha da genişləndirilməsinin prioritet vəzifələrdən biri kimi müəyyənləşdirdiyini vurğulayıb. O, gələn ildən təlimlərin istər təşkili, istər mövzu əhatəsi, istərsə də sertifikasiyanın meyarları ilə bağlı yeni qaydaların tətbiqi istiqamətində aparılan işlərin sayəsində NTM-in fəaliyyətində keyfiyyətcə yeni mərhələnin başlanacağını qeyd edərək dövlət orqanları əməkdaşlarını və gəncləri təlimlərdə fəal iştirak etməyə səsləyib.

Tədbirin sonunda təlimlərin 121 nəfər iştirakçısına sertifikatlar təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin