https://innews.media/uploads/news/2025-12/_innews_e9c3c02c8ab06006debd0efd0_o.jpg
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) nəzdində fəaliyyət göstərən Gəncə Dövlət Aqrar Kollecində hüquq üzrə fəlsəfə doktoru Vəfaddin İbayevin “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar və siyasi paralellər” kitabı təqdim olunub.
Təqdimat zamanı müəllif nəşrdə əks olunan əsas mövzular – 44 günlük Vətən müharibəsi dövründə dövlət başçısının çıxış və müraciətlərinin təhlili, eləcə də münaqişənin həllinə dair formalaşmış strateji yanaşmalar barədə ümumi məlumat verib. Kitabda Ulu Öndər Heydər Əliyev və Prezident cənab İlham Əliyevin münaqişənin sülh və ədalət prinsipləri əsasında həllinə yönəlmiş ideyalarının reallaşma mərhələləri ümumi şəkildə araşdırılıb.
Çıxış edənlər, o cümlədən İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquqi çərçivədə qiymətləndirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizin suverenliyinin bərpasının hüquqi-siyasi əhəmiyyətindən danışıblar.