https://innews.media/uploads/news/2022-10/_innews_cf6c930a33090c9ef7ca1fef6_o.jpg
Böyük Britaniya Rusiyanın Kiyevə və digər şəhərlərə raket zərbələri fonunda Ukraynaya qanadlı raketləri vurmaq imkanına malik Hava Hücumundan Müdafiə (HHM) sistemləri bağışlayacaq.
Böyük Britaniyanın müdafiə naziri Ben Uollas NATO-nun Brüsseldə keçiriləcək iclası ərəfəsində ölkəsinin Ukraynaya növbəti hərbi yardım paketini bəyan edib.
Ben Uollas qarşıdakı həftələrdə Ukraynaya AMRAAM HHM sistemlərinin tədarük ediləcəyini açıqlayıb. O, bu sistemlərin ABŞ-ın göndərəcəyi NASAMS ilə birlikdə istifadə edilə biləcəyini qeyd edib.
Nazir Ukraynaya əlavə olaraq yüzlərlə HHM və digər növ raketlər və dronlar, həmçinin 18 haubitsa bağışlanacağını da bildirib.