logo
Azərbaycanda yaşayış binası çökdü

Azərbaycanda yaşayış binası çökdü

Azərbaycanda yaşayış binası çökdü Azərbaycanda yaşayış binası çökdü

Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.

Hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.

Belə ki, sözügedən binanın həmin bloku anidən uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, FHN aran regional mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, rayon polis şöbəsinin əməkdaşları və digər aidiyyəti qurumların nümayəndələri cəlb edilib.

Ərazidə hazırda tədbirlər görülür. (APA)

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin