https://innews.media/uploads/news/2025-11/_innews_9ce781718efb17b6e2a5e6855_o.jpg
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əməkdaşların bilik və bacarıqlarının artırılması, peşəkar inkişafının dəstəklənməsi və fəaliyyət keyfiyyətinin yüksəldilməsi məqsədilə “Beynəlmilləşmə” mövzusunda təlim keçirilib.
Təlim universitetin Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələrlə iş şöbəsinin müdiri Mahir Məmmədzadə tərəfindən təqdim olunub.
Tədbirdə beynəlmilləşmənin mahiyyəti, ali təhsil müəssisələrində beynəlxalq əməkdaşlığın rolu, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi, qlobal təhsil mühitinə inteqrasiyanın gücləndirilməsi, eləcə də əcnəbi tələbələrlə işin əsas istiqamətləri və müasir tələblər barədə ətraflı məlumat verilib.
İştirakçılarla praktiki nümunələr əsasında fikir mübadiləsi aparılıb və mövzu ilə bağlı suallar cavablandırılıb.