https://innews.media/uploads/news/2025-11/_innews_d0a8aa19386a158c65b449fe8_o.jpg
“McLaren” komandasının britaniyalı pilotu Lando Norris Formula 1 Dünya Çempionatının 21-ci mərhələsi – Braziliya Qran-Prisində qalib gələrək mövsümün ən vacib qələbələrindən birinə imza atıb.
Yarış San-Pauluda yerləşən məşhur “İnterlaqos” avtodromunda keçirilib.
Yarışın nəticələrinə əsasən:
Kimi Antonelli (“Mercedes”, İtaliya) ikinci yeri tutub,
Maks Ferstappen (“Red Bull”, Niderland) isə pit-leyndən start götürməsinə baxmayaraq üçüncü pilləni təmin edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin