logo
Ləğv edilən qurumun regional idarələrinin dövlət büdcəsinə 306 min manatdan çox vergi yaranıb

Ləğv edilən qurumun regional idarələrinin dövlət büdcəsinə 306 min manatdan çox vergi yaranıb

Ləğv edilən qurumun regional idarələrinin dövlət büdcəsinə 306 min manatdan çox vergi yaranıb Ləğv edilən qurumun regional idarələrinin dövlət büdcəsinə 306 min manatdan çox vergi yaranıb

Azərbaycanda ləğv edilən "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin regional melioservis idarələrinin dövlət büdcəsinə ümumilikdə 306 976,66 manat məbləğində vergi borcu yaranıb.

"PostMedia" xəbər verir ki, ümumilikdə 5 regional melioservis idarəsinin vergi borcu mövcuddur.

Belə ki, Ağdam Melioservis İdarəsinin 598,2 manat, Bərdə Melioservis İdarəsinin 8 525,94 manat, Zaqatala Melioservis İdarəsinin 13 367,98 manat, Neftçala Melioservis İdarəsinin 93 093,96 manat, Salyan Melioservis İdarəsinin isə 191 390,58 manat vergi borcu qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 mart 2023-cü il 2074 nömrəli fərmanı ilə su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından səmərəli istifadə etmək, torpaqların meliorasiyası və irriqasiyası işlərinin təşkilini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb.

Həmçinin, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin