logo
ADAU tələbələri intellektual oyunun qalibi olub

ADAU tələbələri intellektual oyunun qalibi olub

ADAU tələbələri intellektual oyunun qalibi olub ADAU tələbələri intellektual oyunun qalibi olub

Gəncədə gənclər arasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində intellektual oyun təşkil edilib.

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və “Gəncə Maarif Evi” İctimai Birliyinin birgə təşkilatçılığı, həmçinin Gəncə Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının dəstəyi ilə keçirilən çempionatda 12 komanda (ümumilikdə 48 gənc) “Nə? Harada? Nə zaman?” formatında bilik yarışında iştirak edib.

Yarışın sonunda münsiflər heyətinin qərarına əsasən, Azərbaycan Dövlət Aqrar Universitetini təmsil edən “Zəfər” komandası I yerə, “Şahinlər” komandası II yerə, “Dəmir Yumruq” komandası isə III yerə layiq görülüb.

Qalib ADAU komandası kubok, diplom və qiymətli hədiyyələrlə təltif olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin