https://innews.media/uploads/news/2025-11/_innews_fdeeca87aeed4f93642280cbd_o.jpg
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) əməkdaşların rəqəmsal savadlılığının artırılması və onlayn təhlükəsizlik vərdişlərinin gücləndirilməsi məqsədilə “Kapital Bank” tərəfindən kiberdələduzluqdan qorunma yolları ilə bağlı maarifləndirici təlim təşkil edilib.
Təlimdə “Kapital Bank”ın mütəxəssisləri çıxış edərək kiberdələduzluğun müasir formaları, saxta linklər və fişinq mesajlarından qorunma qaydaları barədə iştirakçılara ətraflı məlumat veriblər.
Təlim zamanı real həyat nümunələri əsasında onlayn əməliyyatlar zamanı diqqət edilməli əsas məqamlar, şəxsi məlumatların qorunması və təhlükəsiz internet davranışı mövzuları müzakirə olunub. Həmçinin, “Kapital Bank” nümayəndələri əməkdaşların suallarını cavablandırıb və müasir rəqəmsal təhlükələrin qarşısını almaq üçün praktiki tövsiyələr paylaşıblar.
Təlimin məqsədi universitet əməkdaşlarının rəqəmsal təhlükəsizlik bacarıqlarını artırmaq, fərdi məlumatların qorunması istiqamətində məsuliyyətli davranış formalaşdırmaqdır.