logo
Dənizdə təhlükəli hava şəraiti DDLA-dan rəsmi xəbərdarlıq

Dənizdə təhlükəli hava şəraiti DDLA-dan rəsmi xəbərdarlıq

Dənizdə təhlükəli hava şəraiti DDLA-dan rəsmi xəbərdarlıq Dənizdə təhlükəli hava şəraiti DDLA-dan rəsmi xəbərdarlıq

Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edir.   

"innews media" bununla bağlı, Agentliyin İctimaiyyətlə əlaqələr xidmətinin mətbuat katibi Pərvanə İmanova məlumat verib.

Xəbərdarlığa əsasən, oktyabrın 29-u günün ikinci yarısından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi oktyabrın 30-u gündüz saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin