logo
Gəncə şəhərində ADAU–EGE Beynəlxalq İkili Diplom Proqramının Rəhbər Komitəsinin növbəti görüşü keçirilib

Gəncə şəhərində ADAU–EGE Beynəlxalq İkili Diplom Proqramının Rəhbər Komitəsinin növbəti görüşü keçirilib

Gəncə şəhərində ADAU–EGE Beynəlxalq İkili Diplom Proqramının Rəhbər Komitəsinin növbəti görüşü keçirilib Gəncə şəhərində ADAU–EGE Beynəlxalq İkili Diplom Proqramının Rəhbər Komitəsinin növbəti görüşü keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ADAU ilə Türkiyənin Ege Universiteti arasında birgə icra olunan beynəlxalq ikili diplom proqramının Rəhbər Komitəsinin növbəti görüşü baş tutub.

Görüşdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Prof. Dr. Necdet Budak, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müşaviri Fərid Nəcəfov, Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli, Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdir müavini Emin Əliyev, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova, Elm və Təhsil Nazirliyinin şöbə müdir müavini Nərgiz Qaraxanova, ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov, rektorun müşaviri Bəxtiyar Nəsibov, ADAU-EGE Beynəlxalq İkili Diplom Proqramının direktoru Lamiyə Quliyeva, Ege Universitetinin prorektoru İlkin Şengün və proqramın katibi Elcan Məmmədov iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rektor Zəfər Qurbanov proqramın uğurla davam etdirildiyini qeyd edib və 2025/2026-cı tədris ili üzrə tələbə qəbulunun 100% nəticə ilə başa çatdığını diqqətə çatdırıb.

İclas zamanı proqramın icrası, qarşıya qoyulan hədəflər və strateji məsələlər ətrafında geniş müzakirələr aparılıb.

Görüşün sonunda altı ixtisas üzrə davam etdiriləcək yeni Dövlət Proqramının protokolu tərəflər arasında imzalanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin