logo
Beynəlxalq ikili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilib

Beynəlxalq ikili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilib

Beynəlxalq ikili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilib Beynəlxalq ikili diplom proqramında təhsil alan tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov və Türkiyənin Ege Universitetinin rektoru Necdet Budak beynəlxalq ikili diplom proqramında təhsil alan tələbələrlə görüş keçiriblər.

Gəncə Dövlət Aqrar Kollecində baş tutan görüşdə tələbələrə proqramın əhəmiyyəti və mahiyyəti ətraflı izah olunub.

Çıxış edən Zəfər Qurbanov ölkə başçısının diqqəti və qayğısı nəticəsində həyata keçirilən ADAU-EGE ikili diplom proqramının gənclər üçün böyük fürsət olduğunu deyib. Həmçinin, bu proqramda təhsil alan gənclərin karyera imkanlarının da geniş olduğunu diqqətə çatdırıb.

Necdet Budak illərdir davam edən və uğurlu nəticələr verən beynəlxalq ikili diplom proqramının tələbələrinə uğurlar arzu edərək, öz tövsiyələrini verib.

Sonda tələbələrin sualları cavablandırılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin