logo
Ferstappen Ostində yenidən zirvədə!

Ferstappen Ostində yenidən zirvədə!

Ferstappen Ostində yenidən zirvədə! Ferstappen Ostində yenidən zirvədə!

Formula 1-in 75-ci yubiley mövsümündə sprint həyəcanı və isti hava şəraiti yarışı unudulmaz edib

“Formula 1” üzrə dünya çempionatının 75-ci ildönümü mövsümü son dörddəbirinə qədəm qoyub. Qalan 6 yarışdan dördü okeanın o tayında keçiriləcək və bu marafon ABŞ-nin Texas ştatının Ostin şəhərində start götürüb. İsti hava səbəbindən FİA sürücülərə soyuducu jiletlərdən istifadəni məcburi edib, “Pirelli” isə bu mərhələ üçün ən sərt C1 təkərini seçib.

Sprint həftəsonunda cəmi bir məşq sessiyası keçirilib. “McLaren” pilotu Lando Norris ən yaxşı nəticəni göstərib. Sprint təsnifatında Maks Ferstappen cəmi 0.071 saniyə fərqlə Norrisi qabaqlayaraq karyerasında 10-cu sprint poulunu qazanıb. Oskar Piastri üçüncü, Niko Hülkenberq (“Sauber”) isə dördüncü olub. “Ferrari” pilotlarının zəif çıxışı azarkeşləri məyus edib.

Şənbə günü keçirilən sprint startdan etibarən dramatik alınıb. İlk döngədə Piastri və Hülkenberq toqquşub, nəticədə Oskar, Norris və Alonso yarışdan kənar qalıblar. Ferstappen liderliyi qoruyaraq 13-cü sprint qələbəsini qazanıb. Podiumda ona Corc Rasl (“Mercedes”) və Karlos Sayns (“Williams”) qoşulub.

Sıralanma turunda Ferstappen bütün sessiyalarda rəqiblərindən üstün olub. Maks mövsümdə 7-ci, karyerasında isə 47-ci poulunu əldə edib. Lando Norris son cəhdlə Şarl Lekleri cəmi 0.006 saniyə qabaqlayaraq “McLaren” üçün birinci cərgəni təmin edib.

Yarışın startında Lekler qırmızı təkərlərlə ikinci yerə yüksəlib, Ferstappen isə liderliyi qoruyub. Virtual Təhlükəsizlik Maşını rejimi və strategiya dəyişiklikləri tempdə gərginlik yaradıb. Lando Norrisin tempi artıb, lakin qırmızı təkərlər tez sıradan çıxıb. Finişə 5 dövrə qalmış britaniyalı sürücü Lekleri keçərək ikinci olub. Ferstappen Ostində mövsümdə 5-ci, karyerasında isə 68-ci qələbəsini qazandı.

Maks Ferstappen, Lando Norris, Şarl Lekler. Lekler azarkeşlərin səsverməsinə əsasən “Günün sürücüsü” seçilib. Lyuis Hemilton, Oskar Piastri, Corc Rasl, Yuki Tsunoda, Niko Hülkenberq, Oliver Börman və Fernando Alonso ilk onluğu tamamlayıblar.

Mövsümün lideri Oskar Piastri 346 xalla önə çıxsa da, fərq azalır: Lando Norris 14, Maks Ferstappen isə 40 xal geridədir. Komandalar mübarizəsində ikinci yer uğrunda cəmi 10 xal fərq var.

Mövsümün növbəti dayanacağı Meksikadır. Həyəcan davam edir...

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin