logo
ADPU-nun əməkdaş və tələbələri beynəlxalq elmi konfransda

ADPU-nun əməkdaş və tələbələri beynəlxalq elmi konfransda

ADPU-nun əməkdaş və tələbələri beynəlxalq elmi konfransda ADPU-nun əməkdaş və tələbələri beynəlxalq elmi konfransda

Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində tələbələrin elmi fəaliyyətə inteqrasiyası davam etdirilir. Oktyabrın 15-də Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Elm və Təhsil Nazirliyi, Elm və Təhsil üzrə Dövlət Agentliyi və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə Enerji, qida, ətraf mühit və iqlim təhlükəsizliyi sahəsində çağırışlar mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Kimya və biologiya fakültəsinin dekanı dos. Reyhan Ağayeva, dekan müavini dos. Bəsti Əsədova və fakültənin tələbələri iştirak ediblər. Konfransda qlobal iqlim dəyişiklikləri fonunda biomüxtəlifliyin qorunması, alternativ enerji mənbələrinin tətbiqi, kənd təsərrüfatında biotexnologiyaların rolu, tullantısız istehsal modelləri və qida təhlükəsizliyinin təmin edilməsi kimi aktual istiqamətlər üzrə elmi çıxışlar təqdim olunub. Həm yerli, həm də xarici alimlərin iştirakı ilə müxtəlif ölkələrin təcrübələri müqayisəli şəkildə müzakirə edilib. Konfrans iştirakçı tələbələrə gələcək tədqiqatyönümlü fəaliyyətə motivasiya verən praktik elmi platforma rolunu oynayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin