logo
ADAU-nun rektoru I kurs tələbələrinin fikir və təkliflərini dinləyib

ADAU-nun rektoru I kurs tələbələrinin fikir və təkliflərini dinləyib

ADAU-nun rektoru I kurs tələbələrinin fikir və təkliflərini dinləyib ADAU-nun rektoru I kurs tələbələrinin fikir və təkliflərini dinləyib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) I kursa qəbul olan tələbələrlə mərhələli formada görüşlər keçirilib. Görüşlər tələbələrin fikir və təkliflərini dinləmək məqsədi daşıyıb.

Görüşlərdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov tələbələrə müraciətində onların universitet həyatına adaptasiya prosesinin uğurlu keçdiyini müşahidə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, təhsil dövrü yalnız bilik qazanmaq deyil, həm də peşəkar kadr kimi formalaşmaq baxımından önəmli mərhələdir.

Rektorla görüş zamanı tələbələr ADAU ilə bağlı təəssüratlarını bölüşüb, təklif və suallarını səsləndiriblər. Onlar dərslərin təşkili, material-texniki baza və tələbə həyatı ilə bağlı fikrilərini bildiriblər.

Qeyd edək ki, bu il ADAU-ya bakalavriat səviyyəsi üzrə ilkin qəbul mərhələsində plan yerləri 98% dolub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin