logo
Köhnə tipli reklam qurğularının istifadəsi dövrü başa çatıb və yeni nəsil reklam texnologiyalarına keçid qaçılmazdır

Köhnə tipli reklam qurğularının istifadəsi dövrü başa çatıb və yeni nəsil reklam texnologiyalarına keçid qaçılmazdır

Köhnə tipli reklam qurğularının istifadəsi dövrü başa çatıb və yeni nəsil reklam texnologiyalarına keçid qaçılmazdır Köhnə tipli reklam qurğularının istifadəsi dövrü başa çatıb və yeni nəsil reklam texnologiyalarına keçid qaçılmazdır

Bakı şəhərində reklam sahəsində texnoloji yeniliklər təkcə biznes üçün deyil, həm də şəhər mühitinin vizual estetikasının qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Mövzu ilə bağlı “ADV Production” MMC-nin icraçı direktoru Hikmət Dadaşov ilə söhbətləşdik.

– Hikmət bəy, artıq 20 ildən çoxdur ki, açıq məkanda reklam sahəsində fəaliyyət göstərirsiniz. Hazırda bu sahədə hansı dəyişikliklər müşahidə olunur?

– Bəli, “ADV Production” şirkəti uzun illərdir açıq hava reklamları ilə məşğuldur. Qəti şəkildə demək olar ki, köhnə tipli reklam qurğularının istifadəsi dövrü artıq başa çatıb. Hazırda dünya təcrübəsində və Azərbaycanda da yeni nəsil reklam texnologiyalarına keçid prosesi gedir. Bu, həm texnoloji zərurətdir, həm də şəhərin vizual görünüşünü müasirləşdirən bir addımdır.

– Yeni nəsil reklam qurğuları köhnə texnologiyalardan nə ilə fərqlənir?

– Bu qurğular yalnız texnoloji baxımdan deyil, həm də estetik dəyəri ilə fərqlənir. Enerjiyə qənaətcil, hava şəraitinə davamlıdır və rəqəmsal idarəetmə sistemləri ilə təchiz olunub. Ən önəmli üstünlüklərindən biri isə uzaqdan idarəetmə imkanıdır. Bu, həm texniki xidmət prosesini asanlaşdırır, həm də reklam məzmununun istənilən vaxt yenilənməsinə şərait yaradır. Bundan əlavə, bir qurğuda eyni anda bir neçə reklamın növbəli şəkildə yayımlanması reklamvericilər üçün daha çevik və səmərəli imkanlar açır.

– Bu texnologiyaların tətbiqində Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) rolu nədən ibarətdir?

– Biz ADRA-nın tövsiyələrinə əsaslanaraq bu texnologiyaları tətbiq edirik. Əsas məqsəd yalnız texnoloji yenilik gətirmək deyil, həm də şəhərin vizual harmoniyasını qorumaqdır. İcazə prosesində ictimai məkanların ümumi estetik görünüşünə xüsusi diqqət yetirilir. Hesab edirəm ki, ADRA-nın bu təşəbbüsü paytaxtda və digər böyük şəhərlərdə daha nizamlı, gözəl və modern şəhər mühiti formalaşdıracaq.

– Bəs reklamvericilərin bu yeniliklərə münasibəti necədir?

– Çox pozitivdir. ADRA tərəfindən təşviq olunan bu yeniliklər həm bizim, həm də reklamvericilərin ürəyincədir. Çünki reklamların innovativ və müasir texnoloji monitorlarda yayımlanması sahibkarların fəaliyyətinə əlavə dəyər qazandırır. Bu həm iqtisadi, həm də imic baxımından böyük üstünlükdür.

İcraçı direktor sonda bildirib ki, açıq hava reklamlarının rəqəmsallaşması təkcə biznesin deyil, şəhərin ümumi görünüşünün müasirləşməsi istiqamətində atılan vacib addımdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin