https://innews.media/uploads/news/2025-10/_innews_7682dbe03be4fd0b8e5487b13_o.jpg
Metal əsaslı qablar və məmulatlarda saxlanılan qidalar birbaşa insan sağlamlığına təsir göstərir. Bu səbəbdən məhsullar müvafiq təhlükəsizlik standartlarına tam uyğun olmalıdır.
Yeni qaydalara görə (20 avqust 2025-dən etibarən):
- Qida ilə təmasda olan metal materiallar sağlamlığa zərər verməməlidir.
- Paslanmayan polad istisna olmaqla bütün metallar qoruyucu örtüklə təmin edilməlidir.
- Alüminium, çuqun, sink və digər materiallar üçün xüsusi tələblər müəyyən olunub.
- Etiketlərdə istifadə qaydaları aydın və oxunaqlı göstərilməlidir.
Bu tələblər sadəcə keyfiyyət göstəricisi deyil, qanuni məsuliyyətdir. Qaydaları yerinə yetirin, məhsulunuzu təhlükəsiz edin, istehlakçı etibarını qoruyun!