logo
Nəsimi rayonunda “Bizim Məkan” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Nəsimi rayonunda “Bizim Məkan” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Nəsimi rayonunda “Bizim Məkan” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb Nəsimi rayonunda “Bizim Məkan” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb

Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 3 ünvanında yerləşən, fiziki şəxs Bədəlova Zeynəb Salamulla qızına məxsus “Bizim Məkan” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, ictimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, mətbəx sahəsində işçi masaların asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil edilmədiyi, soyuducularda rəflərin korroziyaya uğradığı və məhsulların saxlanma temperaturuna nəzarət olunmadığı, işçinin ilkin və dövri tibbi müayinədən keçmədiyi, havalandırma sisteminin qurulmadığı və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin