https://innews.media/uploads/news/2025-10/_innews_022c8fa9467f845c58be1f8ec_o.jpg
Sentyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) merika Birləşmiş Ştatlarının (ABŞ) nüfuzlu universitetlərindən Corc Vaşinqton Universiteti (CVU) ilə birgə “Təhsil siyasəti və idarəetməsi” üzrə ikili diplom magistr proqramına elan edilmiş müsabiqəsindən uğurla keçərək qəbul olunan tələbələrlə orientasiya görüşü keçirilib. Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva, ikili diplom proqramının direktoru Tofiq Əhmədov, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin professoru Maykl Foyer, dekan müavinləri Sevinc Məmmədova və Meq Holand və proqrama qəbul olunan tələbələr iştirak ediblər.
Rəsmilər proqrama qəbul olunan tələbələri təbrik edib, onlara təhsillərinin yeni mərhələsində uğurlar arzulayıblar. Tələbələrə proqramda tədris prosesi, qayda və prosedurlar haqda geniş məlumat verilib, yaranan suallar ətrafında müzakirələr aparılıb.
Sonda tanınmış təhsil mütəxəssisi Asif Cahangirov tələbələr üçün “Təhsil siyasəti və Azərbaycan məktəbi” mövzusunda ustad dərsi ilə çıxış edib.
Orientasiya görüşlərinin 2 gün davam etməsi nəzərdə tutulub.