https://innews.media/uploads/news/2025-09/_innews_4942e1bd53476b63af1f1568d_o.jpg
2025/2026-cı tədris ili üçün bakalavriat pilləsinə qəbulun nəticələrinə əsasən ADPU-nun plan yerləri tam dolub.
Qəbul olunanların 57 %-i (1507 nəfər) dövlət sifarişi, 43%-i (1145 nəfər) isə ödənişli əsaslarla qəbul olunub. Həmçinin ödənişli əsaslarla qəbul olunan tələbələrin 178 nəfəri güzəşt kateqoriyası üzrə qəbul edilib (ümumi qəbulun 7 faizə qədəri). Bu isə qəbul olunan tələbələrin ümumilikdə 64 %-ə qədərinin dövlət hesabına təhsil alacağı deməkdir.