logo
Ukraynalı uşaqların növbəti səfəri

Ukraynalı uşaqların növbəti səfəri

Ukraynalı uşaqların növbəti səfəri Ukraynalı uşaqların növbəti səfəri

Ukraynadakı hadisələrlə əlaqədar valideyn himayəsindən məhrum olmuş daha bir qrup uşaq Azərbaycana gətirildi. 21 gün ərzində Azərbaycanda olacaq uşaqlar üçün, xüsusi mədəni proqram hazırlanıb.

Hər dəfə müxtəlif bölgələrdə olan uşaqların bu dəfəki səfərlərindən biri Şamaxı şəhərinə oldu. Onları burada, Ukraynanın Azərbaycandakı Fəxri konsulu Mehrəli Qasımov qarşıladı. Proqramın əsas tərkib hissəsi, bura gələn uşaqları Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu ilə tanış etmək idi.

Ukraynalı uşaqlara, Konsulluğun fəaliyyəti barədə və məhz onlara yönəlmiş layihələrdə iştirak etmək üçün məsləhətlər verildi, “Audiogid” proqramı ilə tanış edildi. Fəxri Konsulluğun layihələrindən biri olan və Azərbaycan muzeylərində tətbiqinə başlanan “Audiogid” proqramı nəinki burada yaşayan ukraynalı uşaqlar, həmçinin böyüklər üçün də nəzərdə tutulub. Bu proqramla, hər bir ukraynalı rahat şəkildə öz ana dilində ekskursiya məlumat dinləyə bilər. 

Ukraynalı uşaqların Şamaxı səfəri, Fəxri konsulluğun binasından və önündə təşkil edilən 30 metrlik Ukrayna bayrağı ilə keçirilən, fləş-mobla başladı.

Heydər Əliyev Fondu, hər zaman valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqları ailə qayğısı ilə əhatə edir. Ukraynalı uşaqlar bu dəfəki səfərlərində də mütəxəssislər tərəfindən müxtəlif  reabilitasiya tədbirlərinə də cəlb olunacaqlar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media