logo
Qubada yanğın təhlükəsizliyini pozan istirahət mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO

Qubada yanğın təhlükəsizliyini pozan istirahət mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO

Qubada yanğın təhlükəsizliyini pozan istirahət mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO Qubada yanğın təhlükəsizliyini pozan istirahət mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO

Quba rayonu, Qəçrəş kəndində yerləşən istirahət mərkəzinin fəaliyyəti dayandırılıb.

“innews media” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Quba rayonu, Qəçrəş kəndində yerləşən “Asma körpü” istirahət mərkəzində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilən istirahət mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin