https://innews.media/uploads/news/2025-07/_innews_c54bc68493009a21464d3a7cc_o.jpg
"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Red Bull" pilotu Maks Ferstappen ardıcıl üç Qran-pridə fəxri kürsüyə yüksələ bilməyib. Bu nəticə niderlandlı sürücünün son altı ildəki ən zəif seriyası kimi qeydə alınıb.
Ferstappen Avstriya Qran-prisini başa çatdıra bilməyib, İngiltərə yarışını beşinci, Belçika mərhələsini isə dördüncü yerdə tamamlayıb.
Sonuncu dəfə Ferstappen belə ardıcıl podiumsuz nəticəni 2019-cu ildə göstərmişdi. Həmin mövsümdə o, Rusiya, Yaponiya və Meksika Qran-prilərində də ilk “üçlük”dən kənarda qalmışdı.
Hazırda Maks Ferstappen 185 xalla pilotların ümumi sıralamasında üçüncü yerdə qərarlaşıb. Reytinqə isə “McLaren”in sürücüsü Oskar Piastri başçılıq edir – 266 xal.