logo
BSU-da növbəti beynəlxalq konfrans keçiriləcəkdir

BSU-da növbəti beynəlxalq konfrans keçiriləcəkdir

BSU-da növbəti beynəlxalq konfrans keçiriləcəkdir BSU-da növbəti beynəlxalq konfrans keçiriləcəkdir

Sentyabrın 26-da Bakı Slavyan Universitetində(BSU) II Beynəlxalq Balkanşünaslıq Konfransı keçiriləcəkdir. Balkan araşdırmaları sahəsində aparıcı alim və tədqiqatçıların iştirakı ilə keçiriləcək bu beynəlxalq tədbir Balkan xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti, ictimai-siyasi həyatı və Azərbaycan–Balkan ölkələri münasibətlərinin müxtəlif aspektlərinin elmi müzakirəsi üçün geniş platforma yaradacaq.

Konfransın məqsədi:

- Azərbaycanda Balkanşünaslıq sahəsinin inkişafına töhfə vermək

- Balkan ölkələrində Azərbaycanşünaslıq istiqamətində aparılan tədqiqatları elmi ictimaiyyətə təqdim etmək

Konfransın əsas istiqamətləri:

- Azərbaycanda Balkan, Balkan ölkələrində Azərbaycan tədqiqatları

- Balkan xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və etnoqrafiyası

- Balkan regionu geosiyasi məkan kimi

Qeyd:

- Konfrans üçün məqalələrin göndərilməsi 8 sentyabr 2025-ci il tarixinədək aparılacaq.

- Qəbul olunan məqalələrlə bağlı iştirakçılara 15 sentyabr 2025-ci il tarixində məlumat veriləcək.

- Məruzəni müşayiət edən təqdimat faylları 20 sentyabr 2025-ci il tarixinədək balkanstudies@bsu-uni.edu.az elektron poçt ünvanına göndərilməlidir.

Əlaqə üçün:

(+994 12) 599 08 70 (321)

(+994 50) 577 73 63

111 (daxili nömrə)

balkanstudies@bsu-uni.edu.az

Balkanşünaslıq üzrə tədqiqatlara dəyərli töhfələr vermək istəyən bütün alimləri və tədqiqatçıları II Beynəlxalq Balkanşünaslıq Konfransında fəal iştiraka dəvət edirik!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin