logo
BDU-nun 12 məzunu HTP çərçivəsində Macarıstan və Çin Xalq Respublikasında təhsil alacaq

BDU-nun 12 məzunu HTP çərçivəsində Macarıstan və Çin Xalq Respublikasında təhsil alacaq

BDU-nun 12 məzunu HTP çərçivəsində Macarıstan və Çin Xalq Respublikasında təhsil alacaq BDU-nun 12 məzunu HTP çərçivəsində Macarıstan və Çin Xalq Respublikasında təhsil alacaq

Bakı Dövlət Universitetinin (BDU) 12 məzunu 2025/2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan və Çin Xalq Respublikasında magistratura və doktorantura səviyyələrində təhsil almaq hüququ əldə edib.

BDU məzunları Macarıstanın Eötvös Lorand Universiteti, Budapeşt Korvinus Universiteti, Ludovika Dövlət İdarəçilik Universiteti, Budapeşt İqtisadiyyat və Biznes Universiteti, Çin xalq Respublikasının Pekin Texnologiya Universiteti, Şanxay Beynəlxalq Tədqiqatlar Universiteti, Pekin Elm və Texnologiya Universiteti, Şansi Universiteti, Çin Siyasi Elmlər və Hüquq Universiteti, Vuhan Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunublar.

Onlar təhsillərini beynəlxalq münasibətlər, hüquq, biznesin idarə edilməsi, kompüter elmləri, psixologiya və ətraf mühit elmləri üzrə davam etdirəcəklər.

Bu uğur BDU-nun beynəlxalq təhsil mübadiləsindəki mövqeyinin möhkəmləndiyini və məzunlarının yüksək akademik hazırlığa malik olduqlarını bir daha sübut edir.

Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2025/2026-cı tədris ilində Macarıstan və Çin Xalq Respublikasında təhsil almaq hüququ qazanmış və BDU-dan məzun olmuş bir qrup şəxsin siyahısı
S/s Soyad, ad HTP üzrə təhsil ölkəsi HTP üzrə qəbul olduğu təhsil səviyyəsi HTP üzrə qəbul olduğu ali təhsil müəssisəsi HTP üzrə qəbul olduğu ixtisas BDU-da təhsil aldığı illər
1 Ağayeva Nərmin Macarıstan Doktorantura Eötvös Loránd University Ətraf mühit elmləri 2019-2023
2 Cabbarlı Aydan Çin Xalq Respublikası Magistratura University of International Business and Economics Beynəlxalq inkişaf 2021-2025
3 Cəbrayılov Məmmədbağır Macarıstan Doktorantura Eötvös Loránd University Psixologiya 2010-2014
4 Cəfərov Nicat Çin Xalq Respublikası Magistratura Beihang University Kompüter elmləri və texnologiyası 2019-2023
5 Əliyeva Nigar Macarıstan Magistratura Corvinus University of Budapest Biznesin idarə edilməsi 2015-2019
6 Hacızadə Elgün Çin Xalq Respublikası Magistratura Shanghai International Studies University Beynəlxalq münasibətlər 2017-2021
7 Həsənzadə Zəkixan Çin Xalq Respublikası Doktorantura University of Science and Technology Beijing Hüquq 2019-2023
8 Hüseynov Rəvan Çin Xalq Respublikası Magistratura Shanxi University Hüquq 2021-2025
9 Məmmədov Əjdər Çin Xalq Respublikası Magistratura China University of Political Science and Law Beynəlxalq hüquq 2021-2025
10 Məmmədova Nigar Macarıstan Magistratura Budapest University of Economics and Business Beynəlxalq iqtisadiyyat və biznes 2017-2021
11 Muradova Gülnarə Macarıstan Magistratura Ludovika University of Public Service Beynəlxalq münasibətlər 2021-2025
12 Qasımzadə Vüqar Çin Xalq Respublikası Magistratura Wuhan University Beynəlxalq hüquq 2021-2025

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin