logo
ADAU-da “Ordumuz Qürurumuzdur” mövzusunda elmi-nəzəri konfrans keçirilib

ADAU-da “Ordumuz Qürurumuzdur” mövzusunda elmi-nəzəri konfrans keçirilib

ADAU-da “Ordumuz Qürurumuzdur” mövzusunda elmi-nəzəri konfrans keçirilib ADAU-da “Ordumuz Qürurumuzdur” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə “Ordumuz Qürurumuzdur” mövzusunda elmi-nəzəri konfrans təşkil olunub.

Tədbirdə Dövlət Himni səsləndirilib və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov Azərbaycan Ordusunun keçdiyi inkişaf yolundan, xüsusilə Vətən müharibəsində qazanılan tarixi Zəfərdən söz açıb.

Tədbirdə İctimai fənlər kafedrasının əməkdaşları – Əbdürəhman Kazımov, Səbinə Əlizadə və Günay Quliyeva tərəfindən hazırlanan məruzələrdə Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, inkişaf mərhələləri və ordu quruculuğunun əsas istiqamətləri barədə ətraflı məlumat verilib.

Çıxışlarda həmçinin 44 günlük Vətən müharibəsində əldə edilən qələbənin strateji və mənəvi əhəmiyyəti vurğulanıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin