https://innews.media/uploads/news/2025-06/_innews_22ea15ee4d24f8da4248ecaa9_o.jpg
18 iyun saat 08:00-dan 19 iyun saat 20:00-dək Bakı şəhəri, Binəqədi-Görədil avtomobil yolu ilə Binəqədi-Balaxanı avtomobil yolunun kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə AAYDA-dan məlumat verilib.
Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.