logo
AHK Azərbaycanın İllik Üzvlər Yığıncağında Güclü Üzv Fəallığı və Yeni Təşəbbüslər

AHK Azərbaycanın İllik Üzvlər Yığıncağında Güclü Üzv Fəallığı və Yeni Təşəbbüslər

AHK Azərbaycanın İllik Üzvlər Yığıncağında Güclü Üzv Fəallığı və Yeni Təşəbbüslər AHK Azərbaycanın İllik Üzvlər Yığıncağında Güclü Üzv Fəallığı və Yeni Təşəbbüslər

07 may 2025-ci il tarixində Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 100-dən çox biznes nümayəndəsinin iştirakı ilə AHK Üzvlərinin Ümumi Yığıncağını təşkil edib. Bütün AHK üzvlərini bir yerə toplayan Üzvlər Yığıncağı ildə iki dəfə keçirilir və tədbirdə AHK Azərbaycanın il ərzində təşkil etdiyi tədbirləri və əldə olunmuş nəaliyyətləri barədə məlumat verilir.

Tədbiri salamlama nitqi ilə açan AHK Azərbaycanın İdarə heyətinin sədri cənab Anar Həsənov Palata üzvlərinin aktiv fəaliyyətini və üzvlərin artmasının sevindirici hal olduğunu qeyd edib. Bildirib ki, 2025-ci ildə 21 yeni üzv şirkətin qoşulması ilə üzvlərin ümumi sayı 194-ə çatıb. Cənab Həsənov çıxışında, Palatanın son fəaliyyətlərini təqdim etdi, işçi qruplarının dəyərli töhfələrini vurğuladı, yeni "İctimai Əlaqələr İşçi Qrupu" haqqında məlumat verdi və ikitərəfli iqtisadi əməkdaşlığı artırmaq üçün yaxınlaşan işgüzar səfərlər və tədbirlər haqqında tədbir iştirakçılarını məlumatlandırdı.

Daha sonra AHK Azərbaycanın İcraçı direktoru Nargis Wieck, Palatanın strateji baxışını təqdim edərək, AHK Azərbaycanın yalnız üzvləri qədər güclü olduğunu vurğuladı. Müxtəlif sahələr üzrə müxtəlif ölçülü şirkətləri təmsil edən AHK Azərbaycan özünü üzvlərinin vahid səsi kimi görür: “Biz AHK olaraq özümüzü sizin səsiniz kimi qiymətləndiririk, bu səs hər iki ölkədəki siyasətçilərə və maraqlı tərəflərə xitab etməlidir”. Xanım Wieck həmçinin daha effektiv şəbəkə platformalarının yaradılmasına, üzv şirkətlərin özlərini daha çox təqdim edə bilmə imkanlarının artırılmasına və biznes uyğunlaşdırma imkanlarının genişləndirilməsinə yönəlmiş yeni formatlar və təşəbbüslər təqdim etdi. O, AHK Azərbaycanın hər iki ölkənin iqtisadi artımına təkan verən ikitərəfli layihələr və strateji tərəfdaşlıqlar yaratmaqdakı öhdəliyini bir daha vurğuladı.

Tədbirdə fəxri qonağı, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri cənab Dr.Ralf Horlemann öz çıxışında Azərbaycanla iqtisadi əlaqələrin dərinləşdirilməsinin vacibliyini vurğuladı və ölkənin ənənəvi resursları ilə yanaşı, bərpa olunan enerjiyə artan diqqətinin onun Avropa enerji bazarındakı rolu üçün həlledici rol oynayacağını bildirdi. O, həmçinin davamlılıq və yaşıl transformasiya da daxil olmaqla yeni Almaniya hökumətinin prioritetləri haqqında fikirlərini bölüşdü. Cənab Səfir, gələcəyə nəzər salaraq, əməkdaşlığın inkişafı üçün əsas fürsət kimi Almaniya-Azərbaycan Yüksək Səviyyəli Ticarət və İnvestisiyalar üzrə İşçi Qrupunun 10-cu sessiyasının Bakıda keçiriləcəyini qeyd etdi: “AHK Azərbaycan və onun üzvləri alman təcrübəsini Azərbaycana gətirmək üçün yaxşı mövqeyə malikdirlər – mən onları bu prosesdə fəal iştiraka dəvət edirəm”, o bildirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin