https://innews.media/uploads/news/2025-05/_innews_ec17407cdd890806bb223941e_o.jpg
Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin IV kurs tələbəsi Talib Zeynalov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən parapauerliftinq üzrə dünya kubokunda II yeri qazanıb. O, +107 kiloqram çəki dərəcəsində ümumi qaldırmada gümüş medala layiq görülüb.
Tələbəmiz ən yaxşı qaldırmada da fərqlənib. Belə ki, Talib Zeynalov şəxsi rekordunu 2 kiloqram yeniləyərək, 157 kiloqram nəticə göstərib.
Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!