https://innews.media/uploads/news/2025-05/_innews_7cd69cae6d9678b5b2c092da8_o.jpg
Mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” mövzusunda keçirilən XVI beynəlxalq elmi konfransın yekun iclası keçirilib.
İclasda çıxış edən BSU-nun rektoru, konfransın Təşkilat Komitəsinin və Redaksiya Heyətinin sədri professor Anar Nağıyev bölmə həmsədrlərinə müzakirələrin yüksək səviyyədə təşkili üçün təşəkkürünü bildirib. O, bölmələrə rəhbərlik edən alimlərin həm ölkəmizdə, həm də xarici dövlətlərdə müvafiq sahə üzrə tanınmış mütəxəssislər olduğunu vurğulayıb.
Qars Qafqaz Universitetinin rektoru Hüsnü Kapu konfransın çağdaş dünyanın qabaqcıl elmi təcrübələrini özündə əks etdirdiyini qeyd edərək bu istiqamətdə birgə simpozium və konfransların keçirilməsinin mümkünlüyünü bildirib.
Redaksiya Heyətinin sədr müavini Elnur Kəlbizadə bölmə iclaslarının gedişi barədə məlumat verərək konfrans çərçivəsində 150-dən artıq məruzənin dinlənildiyini diqqətə çatdırıb.
Bölmə rəhbərləri çıxış edərək bölmə iclaslarının hesabatını təqdim ediblər. Onlar konfransın və bölmə iclaslarının yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək təşəkkürlərini bildiriblər. Çıxışlarda müzakirələrin faydalı və elmi yeniliklərlə zəngin olduğu xüsusi vurğulanıb. Həmçinin təqdim olunan məruzələrin elmi məzmunu, müzakirələrin səviyyəsi və əldə olunan nəticələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, bölmə iclaslarında iştirak edən tədqiqatçılar yüksək fəallıq nümayiş etdirib və təqdim olunan məruzələr elmi əhəmiyyət daşıyır.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” mövzusunda keçirilən XVI beynəlxalq elmi konfrans öz işini yekunlaşdırıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin