logo
Cİ ilə Gürcüstanın Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Cİ ilə Gürcüstanın Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

Cİ ilə Gürcüstanın Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb Cİ ilə Gürcüstanın Coğrafiya İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutu arasında elmi tədqiqat, texnologiya və təhsil sahəsində birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədi Azərbaycan tərəfindən Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani, qarşı tərəfdən Gürcüstanın Vaxuşti Baqrationi adına Coğrafiya İnstitutunun direktoru Nana Bolaşvili imzalayıblar.

Memorandumu imzalamaqda  məqsəd ümumi maraqlara əsaslanaraq tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi, əməkdaşlığın sahə və istiqamətlərinin genişləndirilməsi, elmi tədqiqatların keyfiyyətinin və dərinliyinin  yaxşılaşdırılması üçün  təcrübə mübadiləsinin aparılması, birgə konfransların təşkili və sairdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media