https://innews.media/uploads/news/2025-04/_innews_40d0e1474fa7f08961427b54b_o.jpg
"Formula 1" üzrə Səudiyyə Ərəbistanı Qran-prisinin sıralama turunda ən sürətli pilot müəyyənləşib. "Red Bull" komandasının sürücüsü Maks Ferstappen birinci nəticə ilə çıxış edərək pole-pozisiyanı təmin edib.
"McLaren" təmsilçisi Oskar Piastri ikinci, "Mercedes" pilotu Corc Rassel isə üçüncü yeri tutub.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Qran-prisində əsas yarış aprelin 20-də keçiriləcək. "Formula 1"in Bakı mərhələsi isə sentyabrın 19–21-də baş tutacaq.