logo
BDU-da “Sərhədlərinlə yeni sən” adlı təlim

BDU-da “Sərhədlərinlə yeni sən” adlı təlim

BDU-da “Sərhədlərinlə yeni sən” adlı təlim BDU-da “Sərhədlərinlə yeni sən” adlı təlim

Bakı Dövlət Universitetinin (BDU) Psixoloji yardım sektoru tələbələr üçün “Sərhədlərinlə yeni sən” adlı təlim keçirib.

Sektorun psixoloqu İlkanə Mənsumova iştirakçılara şəxsi sərhədlər, sağlam sərhədlərin təyin edilməsi üsulları, şəxsiyyətlərarası münasibətlərdə bunun rolu barədə geniş məlumat verib. Psixoloq sərhədlərin düzgün təyin edilməsinin insanın emosional sağlamlığı və münasibətlərində böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Tələbələrin müzakirə olunan mövzu ilə bağlı sualları psixoloq tərəfindən cavablandırılıb, onlara gündəlik həyatda sağlam sərhədlər formalaşdırmaq üçün istifadə oluna biləcək strategiyalar öyrədilib, müzakirə olunan mövzu ilə bağlı kitablar tövsiyə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media