logo
Bəhreyn Qran-prisinin qalibi Oskar Piastri oldu - “McLaren” parlaq çıxış etdi

Bəhreyn Qran-prisinin qalibi Oskar Piastri oldu - “McLaren” parlaq çıxış etdi

Bəhreyn Qran-prisinin qalibi Oskar Piastri oldu - “McLaren” parlaq çıxış etdi Bəhreyn Qran-prisinin qalibi Oskar Piastri oldu - “McLaren” parlaq çıxış etdi

"Formula 1" üzrə Bəhreyn Qran-prisinin qalibi bəlli olub. "Saxır" dairəsində baş tutan mövsümün bu mötəbər mərhələsində "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri birinci yeri tutaraq parlaq qələbə qazanıb.

Yarışın ikinci pilləsində "Mercedes"in britaniyalı pilotu Corc Rassel, üçüncü yerində isə "McLaren"in digər pilotu Lando Norris qərarlaşıb. Beləliklə, “McLaren” komandası yarışın podiumunda iki mövqeni ələ keçirməklə böyük üstünlük nümayiş etdirib.

Qeyd edək ki, Oskar Piastri yarışdan öncə keçirilmiş sıralama turunda da ən sürətli nəticə göstərərək ilk yeri tutmuşdu.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media