https://innews.media/uploads/news/2025-04/_innews_9755978f13c486299e9198b5e_o.jpg
"Red Bull" komandasının pilotu Maks Ferstappen "Formula 1" üzrə dünya çempionatının Bəhreyn Qran-prisinin ilk sərbəst yürüşündə iştirak etməyəcək.
Komandanın mətbuat xidmətindən verilən məlumata görə, üçqat dünya çempionunu yaponiyalı sürücü Ayumi İvasa əvəz edəcək. Bu dəyişiklik 2025-ci il mövsümünün reqlamentinə uyğun olaraq həyata keçirilir. Belə ki, yeni qaydalara əsasən, hər bir "Formula 1" komandası ən azı iki dəfə gənc sürücülərə bolidlərini təqdim etməlidir.
Qeyd edək ki, Bəhreyn Qran-prisi aprelin 11-dən 13-dək keçiriləcək. İlk sərbəst yürüş isə aprelin 11-də baş tutacaq. Azərbaycan mərhələsi isə sentyabrın 19–21-də Bakıda təşkil olunacaq.