https://innews.media/uploads/news/2025-04/_innews_bafc6859228928a0b19e21e80_o.jpg
"Azərkosmos"un nəzdində fəaliyyət göstərən Akademiya tərəfindən gələcəkdə mobil əsaslı kosmik innovasiya və STEAM avtobusu layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
innews.media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Akademiyanın kosmik icra layihələrinin rəhbəri Əli Tağıyev deyib.
Ə.Tağıyev bu layihənin regional bir layihə layihə olduğunu qeyd edib:
“Layihə Türk Dövlətləri Təşkilatı üzrə nəzərdə tutulub. Bu mobil tədris və təcrübə platforması nəyinki Azərbaycanda, bütün türk dövlətləri ölkələrinə səfər edəcək, müxtəlif regionlara, məktəblərə səfər edəcək və hər kəsi kosmos elmi haqqında məlumatlandıracaq. Bu layihə ilə biz çalışırıq ki, türk dövlətləri arasında həm elmi, həm də mədəni əlaqələrin inkişafına öz töhfəmizi verək”.